Kuleba: "Putinin bir yolu qalıb - məğlubiyyətlə barışmaq"

media-hightechnic-468x90

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibədə yalnız bir yolu var – məğlubiyyət, lakin o, bunu qəbul etmək istəmir.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Amerikanın milli ictimai radiosu NPR -ə müsahibəsində deyib.

“Mən döyüş meydanına və indiki vəziyyətə baxanda düşünürəm ki, Putinin o qədər də çox variantı yoxdur. Əslində, məncə, onun yalnız bir variantı var, amma o, bunu qəbul etmək istəmir. Bu variant isə müharibəni uduzmaq deməkdir. Bu anın çətinliyi və faciəsi odur ki, o, həqiqətlə üz-üzə gəlmək, çıxış yolu axtarmaq istəmir. Əvəzində nəyin bahasına olursa olsun qalib gəlməyə çalışaraq getdikcə daha çox resurs və ən əsası insan resurslarını döyüşə atır. Bununla belə, bu baş verməyəcək. O, qalib gəlməyəcək”, – deyə Ukrayna diplomatiyasının rəhbəri bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600