Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Külli miqdarda siqaret müsadirə olundu

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana “Opel Astra” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı idarə etdiyi avtomobildə gömrük orqanına mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən  verilən məlumata görə, həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən predmetin olmadığını bildirib.

Lakin avtomobilə gömrük baxışı keçirilən zaman nəqliyyat vasitəsinin ön oturacaqlarının, ön və arxa ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 9 200 ədəd “Marlboro”, 1000 ədəd “Golden Amerika”, 600 ədəd “Muratti”, 600 ədəd “Lucky Strike”,400 ədəd “Camel”, 400 ədəd “Sobranie”, 400 ədəd “Winston” və 400 ədəd “R1” markalı siqaretlər aşkar edilib.

 

Yeniçağ.Az

www.yenicag.az

600