“Kürd” ləqəbli tiktoker ev dustaqlığına buraxıldı

media-hightechnic-468x90

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Yenicag.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Tiktok sosial şəbəkəsində “Kürd” ləqəbi ilə tanınan Ceyhun Şakir oğlu Nəbiyevin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və C.Nəbiyev istintaq dövründə ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, C.Nəbiyev ötən ilin dekabrında saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və barəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə tiktoker həbs edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600