Kürdəmirdə ev yandı

media-hightechnic-468x90

Kürdəmirdə 4 otaqlı ev yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Qoçulu kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 73 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-ziraat-728x90

Kürdəmirdə ev yandı

media-hightechnic-468x90

images (1)Evdə qalan nənə və nəvə yanğından son anda xilas olunub

Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, ev içəridəki əşyaları ilə birgə yanaraq külə dönüb. Bir ailənin evsiz qalması ilə nəticələnən yanğın hadisəsi rayonun Köhünlü kəndində qeydə alınıb. Hadisə bu gün günorta saatlarında kənd sakini Ataş Şükürova məxsus evdə baş verib. Hadisə şahidlərinin sözlərinə görə yanğın qısa müddətdə güclənərək evi tamamilə əhatə edib. Hadisə zamanı evdə qalan nənə və nəvə yanğınsöndürənlər tərəfindən mənzildən çətinliklə də olsa çıxarılıb. Ümumi sahəsi 225 kvadratmetr olan 4 otaqlı ev içəridəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə yanğına elektrik naqilində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600