Balakəndə maşın hasara çırpıldı

media-hightechnic-468x90

imagesBalakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Balakən rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə rayonun Qazma kəndində baş verib. 1993-cü il təvəllüdlü, rayonun Qazma sakini Səxavət Rasim oğlu Mamedov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə rayon mərkəzindən Qazma kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxaraq maşını daş hasara vurub.

media-banner_tuq

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan sürücü Səxavət Mamedov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Balakən RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan yaralı Səxavət Mamedov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05