Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, ölən var

media-hightechnic-468x90

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az” report-a xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa