Kürdəmirdə müstəqillik günü qeyd olunub

media-hightechnic-468x90

загруженное (4)Oktyabrın 17-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib.
Tədbirdən əvvəl rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirdə “Müstəqil Azərbaycan Respublikasının yaradılmasının tarixi ilkin şərtləri” , “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuryyətinin varisidir”, “Müstəqil Azərbaycan Respublikası 1991-1993-cü illərdə” , “Müstəqil Azərbaycanın 23 il ərzində keçdiyi tarixi yol”, “Ulu Öndərimizin – Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və dövlətçiliyimizin möhkəmləndirilməsi” mövzularında məruzələr dinlənilib.
Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın müasir dövlətçilik təməli hazırda uğurla inkişaf etdirilir, möhkəmləndirilir. Artıq Azərbaycan dövləti iqtisadi, siyasi və hərbi cəhətdən regionun qüdrətli bir dövlətinə çevrilib.

Azərbaycanda siyasi sabitliyə nail olunmasında, daxili çəkişmələrin aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərinin olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Ulu Öndərin müstəqil dövlətimizin dünya ölkələri ilə diplomatik əlaqələr saxlamasına, regionda sülhün və təhlükəsizliyin yaradılmasına, qonşu Ermənistanın artmaqda olan təcavüzkar siyasətinin iç üzünü açaraq dünya ölkələrinə tanıdılmasına səy göstərməsi və buna nail olması artıq tarixi reallıqdır.
Qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin prinsipial və ardıcıl xarici siyasəti Azərbaycan dövlətçiliyinin qorunmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş Prezident İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, son illərdə Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirilir. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600