Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı - YENİLƏNDİ
Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.
Bu barədə Yenicag.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.
Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.
Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirib ki, “Naftalan” ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.
***10:38
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonu ərazisində yerləşən “Naftalan” ailəvi restoranda baş verən zəhələnmə hadisəsi ilə bağlı açıqlama yayıb.
Qurumdan Yenicag.az-a verilən məlumata görə, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus “Naftalan” ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.
Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı araşdırmalar davam edir.