!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürdlər Kazım Karabəkir Paşa barədə aldadılır – ARAŞDIRMA

!Reklam – Yazi

118 Sırrı Sakık Anadolunu və Naxçıvanı ermənilərdən qurtaran komandan barədə Yenicag.az-a nə söylədi ?

Türkiyənin Ağrı şəhərində keçirilən təkrar bələdiyyə seçkilərini qazanan BDP-li bələdiyyə başqanı Sırrı Sakık ilk işinin Kazım Karabəkir Paşanın adının küçələrdən silinməsi olacağını açıqlaması ciddi təpki topladı. Belə ki, Azərbaycanda da çox sevilən və Naxçıvanın qurtarıcısı Kazım Karabəkir Paşaya bu münasibət həm Türkiyədə, həm də Azərbaycanda ciddi etiraza səbəb oldu.

Məsələyə münasibət bildirən Paşanın qızı Timsal Karabəkir “Bu gün Naxçıvanda kimdənsə Qarabəkiri soruşsan atası kimi sevdiyini deyəcək. Atam Ərzurum, Qars, Ağrı, Sarıqamışın azad olunmasında öndə gedən komandirlərdəndir. Kazım Qarabəkir vətənpərvər, inanclı birisi idi. Heç vaxtı insanlar arasında türk, kürd, ərəb, çərkəz deyə ayrı-seçkilik etməyib. Həm ruslara qarşı, həm də erməni qruplaşmalara qarşı savaşıb. Yetim qalan türk, kürd, erməni uşaqlara sahib çıxıb. Bu uşlaqların uşaq evlərində sağlam bir şəkildə böyüyüb, peşə sahib olmaları üçün çalışıb. Atam bu torpaqlarda yaşayan insanların azadlığı üçün canını ortaya qoymuşdu. Ağrılı qardaşlarım bu haqsızlığı qəbul etməyəcəklərinə inanıram” söylədi.

Azərbaycandan məsələyə ilk reaksiya verən və Sırrı Sakıka “Kazım Karabəkirə toxunmayın” cavabını yazan Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı “Kazım Paşa olmasaydı, bu gün Sırrı Sakık Türkiyə Cümhuriyyətinin bələdiyyə başqanı olmazdı.Sakıka səs verən kürdləri erməni və rus zülmündən xilas edən belə Kazım Karabəkir Paşadır” deyə YENİCAG.AZ-a açıqlama verdi.

Tənzilə Rüstəmxanlı “Kazım Karabəkiri qorumaq Azərbaycan türkünün vəfa borcudur. Sırrı Sakık erməni dədələrinin intiqamınımı almaq istəyir Kazım Karabəkir Paşadan” deyə, bələdiyyə başqanını qınadı.

 YENİCAG.AZ dünən Sırrı Sakıka məktubla müraciət edib. Bələdiyyə başqanının rəsmi internet səhifəsi vasitəsi ilə S.Sakıkdan Kazım Karabəkir düşmənliyinin səbəbini soruşub. Suallar aşağıdakı kimi olub:

1.            Siz hansı səbəbdən Kazım Karabəkir Paşanın adını Ağrı küçələrindən silmək istəyirsiniz?

2.            Hansı səbəbdən Paşanı qətliamçı adlandırırsınız?

Bu gün səhər Ağrı Bələdiyyə başqanı Sırrı Sakık sorğumuza cavab verib:

“Kazım Karabəkir Ağrı Zilan üsyanında kürdləri bombala əmrini verənlərdən biri olduğu üçün. 1930-cu ildə Ağrıda 30 min kürd öldürüldü. Kazım Karabəkir bu qətliamın məsuliyyətini daşıyır”.

Yəni, Ağrı bələdiyyə başqanı hesab edir ki, Ağrı Zilan üsyanını yatırdanlardan biri Kazım Karabəkir Paşa olub. Bu səbəbdən də türklərlə bərabər kürd vətəndaşların da yaşadığı Ağrıda Kazım Karabəkir Paşanın adına küçə-qəsəbə olması oradakı kürdlərə həqarətdir.

Ancaq…

HƏQİQƏT HEÇ DƏ SIRRI SAKIKIN İDDİA ETDİYİ KİMİ DEYİL!

KÜRDLƏRƏ YALAN BİLGİ VERİLƏRƏK, BÖLGƏ XALQLARI ÜZ-ÜZƏ QOYULUR!

Sırrı Sakıkın yalanını onun gətirdiyi dəlillər ifşa edir.

Öncə Ağrı Zilan üsyanına nəzər salaq. Kürd mənbələri 16 İyul 1930 cu ildə, dövlətin yarı rəsmi qəzeti olan “Cumhuriyet” qəzetinə istinadən bunları yazırlar:“Zilan hərəkatında məhv edilənlərin sayı 15.000 qədərdir. Zilan Dərəsi ağızına qədər cəsədlə dolmuşdur. Bu həftə içində Ağrı Dağı tenkil hərəkatına başlanacaq. Komandir Saleh Paşa şəxsən Ağrıda təmizləmə hərəkatına başlayacaq. Bundan xilas olma imkanı təsəvvür edilə bilməz.”

Rəsmi tarixə görə, Mustafa Kemal Atatürk başqanlığında, Genelkurmay Başqanı Fevzi Çakmak və Birinci Umumi Müfəttiş İbrahim Talinin də qatıldığı Nazirlər Kabineti toplantısında 29 dekabr 1929-ci il tarixli və 8692 saylı qanun hökmündə qərarnamə çıxarıldı. Bu qərarnaməyə görə, Ağrıdakı üsyançılara qarşı gələcək ilin iyun ayında hərakat qərarı verildi. (Mehmet Köçer, “Ağrı İsyanı (1926-1930)”, Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt: 14, Sayı: 2, s. 385.)

30 mart 1930-cu ildə Ağrı üsyanını yatırtmaqla vəzifələndirilən 9-cu Kolordu Komandanlığına Salih Omurtak Paşa təyin olundu. Türk və kürd mənbələri, o cümlədən bütün rəsmi qaynaqlar Zilan vadisindəki döyüşlərə birbaşa Salih Paşanın başçılıq etdiyini yazırlar. Salih Omurtak 8 may 1934-cü ilə qədər bu vəzifəsində qalmışdır. (T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademlerdeki Komutanların Biyografileri, Genkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 232.(Türkçe))

Üsyan yatırılandan sonra 31 avqustda zəfər elan edən isə dönəmin baş naziri İsmət İnönüdür.

Göründüyü kimi, heç bir tarixi mənbədə Ağrıdakı üsyanın yatırılmasında Kazım Karabəkir Paşanın iştirakına dair heç bir iz yoxdur. Hətta kürd mənbələri Salih Omurtakın üsyanın yatırılmasında birbaşa iştirakını təsdiqləyirlər.

 İndi Sırrı Sakıkın yalanını ifşa edən ikinci dəlil!

Kazım Karabəkir Paşa Türkiyənin istiqlal savaşında (1918-1923) fəal iştirak etmiş, Şərq cəbhəsinin komandanı kimi bir sıra əzəli türk torpaqlarının geri qaytarılmasında, ermənilərin sülh bağlamağa məcbur etməsində əvəzsiz xidmətlər göstərmişdir. Yəni, Ağrı da daxil olmaqla, bu gün əksəriyyətində bələdiyyə başqanlarının kürd vətəndaşlar olduğu şəhərlərin erməni və ruslardan geri alınmasında Kazım Karabəkir Paşanın misilsiz xidmətləri vardır.

Lakin, Sırrı Sakıkın da təhrif etdiyi məqam burada ortaya çıxır. İstiqlal savaşında Mustafa Kamalla bərabər döyüşən Kazım Karabəkir Paşa 9 noyabr 1924-cü ildə, Atatürkün partiyasından – Cümhuriyyət Xalq Partiyasından istefa edərək, Tərəqqipərvər Cümhuriyyət Partiyasına (TPCF) keçdi və o dövrün yeganə siyasi müxalif qurumunun sədri oldu.

Sırrı Sakıkın kürd qətliamçısı deyə adlandırdığı Kazım Karabəkir Paşa Şeyx Səid üsyanından sonra İsmət İnönü tərəfindən kürd üsyanına dəstək verməkdə ittiham edilib, daha sonra Mustafa Kamal Paşaya İzmir sui-qəsdində günahlandırılaraq, həbs edilib. İstiqlal medallı Paşanı edam hökmü ilə mühakimə edən İstiqlal Məhkəməsi haqqında heç bir iddia isbat olunmadığı üçün bəraət etdirdi.  Partiyası bağlanan Kazım Karabəkir Paşanın millət vəkilliyi və ordudakı vəzifəsi də əlindən alınaraq, 1927-ci ildə rəsmən təqaüdə göndərilib. Tam 12 il ev həbsi şəraitində yaşayan Kazım Karabəkir Paşanın xatirələrini yazdığı  “İstiklal Harbimiz”  adlı kitabı da İnönünün çıxardığı “Takriri Sükun” adlı kitabı da yığışdırılaraq, yandırılıb.  Zamanında Türkiyənin şimal-qərb sərhədlərini müəyyənləşdirən bu şəxsiyyət yalnız 1939-cu ildə siyasi həyata geri qayıdaraq, millət vəkili seçilə bilib.

Göründüyü kimi Sırrı Sakıkın iddiasının əksinə olaraq, Kazım Karabəkir nəinki Ağrıdakı Zilan üsyanına rəhbərlik edənlərdən biri olub, tam əksinə, o zamanın hökumətinə müxalif olduğu üçün ev dustağı olub. Nə qədər acı olsa da, fakt faktlığında qalır. Və əlahəzrət Fakt Sırrı Sakıkın Kazım Karabəkirə iftira atdığını ortaya qoyur.

O zaman Sırrı Sakıkın Kazım Karabəkirə olan nifrətinin arxasında nə dayana bilər?

Qardaşı “Parmaksız Zeki” kod adlı Şemdin Sakık nənəsinin erməni olduğunu açıqlamışdı, uzun illər öncə… Əcaba, nənəsinin erməni nifrətimi üstün gəldi Sırrı Sakıka?..

Çünki Kazım Karabəkir sadəcə Anadolunu xilas etməklə yetinmədi. Ermənilər tərəfindən adları dəyişdirilən yer adlarını da özünə qaytardı. Məsələn, indiki Ağrı Birinci Dünya Müharibəsinə qədər ermənilər tərəfindən Qarakilsə adlandırılırdı. Kazım Karabəkir şəhərin adını dəyişdirib, Qarakösə etdi və 1930-cu illərə qədər rəsmi sənədlərdə şəhərin adı Qarakösə adlandırıldı…

Bu səbəbdən də bölgə ermənilərinin nifrətini qazanan iki liderdən biri Kazım Karabəkir Paşa olub və görünən odur ki, Türkiyənin gizli erməniləri hələ də bu nifrəti yaşadırlar…

 Məsələnin acınacaqlı tərəfi ondadır ki, erməni zülmünə məruz qalan kürdlər də yalan tarixlə aldadılmaq istənilir… Kürdün, türkün, lazın, çərkəzin ermənidən xilaskarı olan bir paşa bu kimi “aydınlar”ın yalanları ilə “kürd düşməni” elan edilir.

Aqil ƏLƏSGƏR/YENİCAG.AZ

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv