!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürdlərin lideri Moskvada Türkiyə əleyhinə danışdı

!Reklam – Yazi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşı Moskvada qəbul edib.

Bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, Dəmirtaş “bu ağır zamanda Rusiya ilə əlaqələrə böyük əhəmiyyət verdiklərini” deyib.

122773_res_01Lavrov Dəmirtaşla “Suriyadakı vəziyyəti” də müzakirə edib. HDP-nin həmsədri Türkiyənin sərhədini pozan Rusiya hərbi təyyarəsinin vurulmasının doğru qərar olmadığını da vurğulayıb.

Dəmirtaş Rusiyada başqa görüşlər də keçirəcək(report)

* * *

PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfərə gəlib.

APA-nın verdiyi xəbərə görə, Dəmirtaşın bu gün Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparması nəzərdə tutulub. Agentliyin məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Dəmirtaşın Rusiyaya səfərini sərt tənqid edərək, onu “Türkiyənin problemi olanlarla” əməkdaşlıq etdiyinə görə qınayıb.

Rusiya XİN-dəki mənbə “RİA Novosti”yə Səlahəddin Dəmirtaşın bu gün Lavrovla görüşəcəyini təsdiqləyib.

Qeyd edək ki, Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcəyini barədə mətbuata ötən həftə açıqlama vermişdi.

“Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq”, – deyə S. Dəmirtaş bildirmişdi.

Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv