Türkiyənin məşhur aktrisası Özgü Namal 9 il sonra ekranlara dönmək qərarı verib.
Yenicag.az Türkiyə mediasına istinadla xəbər verir ki, uzun zaman bir çox produserlər onu ekrana geri qaytarmağa çalışsada, nail ola bilməmişdi.
Köyceğizdeki bağ evində iki övladı ilə, hər kəsdən uzaq, sakit həyat keçirən aktrisa, onu həyəcanlandıran proyekt olmadıqca, çəkilmək istəmədiyini bildirib, gələn təklifləri geri çevirmişdi.
Yeni çıxan xəbər isə aktrisanın fanatlarını sevindirib. Ən son 2014-cu il, “Mərhəmət” serialında görünən aktrisa GOLD Film ilə proyektə imza atacaq.
Yeni sezon ən çox səs gətirəcək serial olacağı iddia edilən proyektin adı “Kızıl Qoncalar” olacaq. Ssenaristi “Vətənim sənsən”, “Atatürk” və “Klub” kimi yüksək büdcəli işləri qələmə alan Necati Şahinə aiddir.
Natavan
www.yenicag.az