Laricaninin yerinə o gətirildi: Səid Cəlili kimdir? – DOSYE

media-hightechnic-468x90

İranın Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin edilib. İsrailin hava zərbələri nəticəsində həlak olan Əli Laricanini Səid Cəlili əvəz edəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı İranın Ali Lideri Müctəba Xamenei müvafiq fərman imzalayıb. Fərmana əsasən, Səid Cəlili ölkənin ən mühüm təhlükəsizlik strukturunun rəhbəri postuna gətirilib.

Xatırladaq ki, şuranın əvvəlki katibi Əli Laricani martın 17-də İsrail hərbi hava qüvvələrinin Tehrana endirdiyi raket zərbələri nəticəsində həlak olmuşdu.

Səid Cəlili kimdir? – 1965-ci ildə Məşhəddə doğulan Səid Cəlili sıradan bir bürokrat deyil. O, 1980-ci illərdəki İran-İraq müharibəsinin iştirakçısıdır və döyüşlərdə sağ ayağını itirib. İranın mühafizəkar dairələrində ona məhz bu səbəbdən “Canlı şəhid” deyilir.

İran siyasi elitasında “sərt xətt” tərəfdarı və mühafizəkar qanadın əsas simalarından biri kimi tanınan Səid Cəlili bu təyinata qədər müxtəlif yüksək dövlət vəzifələrində çalışıb. O, xüsusilə Qərblə nüvə danışıqlarında nümayiş etdirdiyi güzəştsiz mövqeyi ilə yadda qalıb.

Qeyd edək ki, Cəlili 2024-cü ildə keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Məsud Pezeşkiana məğlub olmuşdu. Onun Milli Təhlükəsizlik Şurasının sükanı arxasına keçməsi, Tehranın xarici siyasətdə və regional münaqişələrdə daha kəskin addımlar atacağından xəbər verir.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05