Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” regional əməkdaşlıq platformasında qapıların Gürcüstan üçün açıq olduğunu təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Əvvəldən hamı razılaşdı ki, bizdə “3+3” formatı var və biz Gürcüstanın mövqeyinin dilemmalarını və nüanslarını başa düşürük, lakin bu formatın konfrans zalında həmişə gürcü nümayəndələri üçün yer olacaq”, – Rusiya XİN rəhbəri Dövlət Dumasında çıxışı zamanı deyib.
O xatırladıb ki, bu yanaşma nazirlərin son görüşündə də təsdiqlənib: “Biz gürcü tərəfinə təsdiq etdik ki, qapılar açıqdır, onlar üçün kreslo qoyulub. Və “3+3”ün bütün iştirakçıların maraqlarına uyğun olması isə şübhə doğurmur”.
Lavrov əlavə əməkdaşlıq mexanizmlərinin təşkili üçün deputatların “3+3” formatında parlamentlərarası komissiya yaradılması təklifini dəstəkləyib.
Qeyd edək ki, “3+3” regional əməkdaşlıq platformasına Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə daxildir. Gürcüstan isə bu formatda iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
www.yenicag.az