Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lavrov: “Rusiya Qətər ətrafında yaranan vəziyyətdən narahatdır”

Rusiya Qətər ətrafında yaranan vəziyyətlə əlaqədar narahatlıq keçirir.

Yenicag.Ru-ın “APA”-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə Moskvada keçirdiyi görüşdə bildirib.

“Ərəb dünyasında vəziyyətin kəskin gərginləşməsi görüşümüzün əsas mövzusu olacaq. Bu gərginliyi, Qətərlə əlaqələri kəsmək barədə ərəb dövlətləri tərəfindən atılan addımları narahatlıqla qarşılayırıq”, – deyə S. Lavrov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir.

Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqalla Çad isə bu ölkədəki səfirini geri çağırıb.

Yenicag.Ru

www.yenicag.az

602
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100