Lavrov və Rubio nələri müzakirə ediblər?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Ukrayna nizamlanması, eləcə də İran və Suriya ətrafındakı vəziyyəti ətraflı müzakirə ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya diplomatik departamenti məlumat yayıb.
“Rusiya və ABŞ prezidentlərinin əldə etdiyi razılaşmaların işlənib hazırlanmasında, o cümlədən iyulun 3-də son telefon danışığı zamanı ikitərəfli gündəliyin bütün məsələləri və dünyadakı vəziyyətlə bağlı baxışların hərtərəfli müqayisəsi aparılıb. Ukrayna ətrafında nizamlanma, İran və Suriya ətrafındakı vəziyyət, eləcə də bir sıra beynəlxalq problemlər ətrafında əsaslı və səmimi fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd olunub.
Görüşdə Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi münaqişələrin sülh yolu ilə həllinə və əməkdaşlığın bərpasına, o cümlədən iqtisadi sahədə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.