“Lavrovun açıqlaması göstərdi ki, …”
“Lavrovun sonuncu çıxışı göstərdi ki, Bakıda gizli qapılar arxasında Qarabağ məsələsi çox ciddi müzakirə olunub”.
Bu iddia ilə erməni analitiki Akop Badalyan çıxış edib. O, Qarabağla bağlı Azərbaycanın Rusiya ilə müəyyən məsələlərdə razılığa gələ bilmədiyini söyləyib:
“Ciddi müzakirəyə baxmayaraq, Lavrovun açıqlaması göstərdi ki, Qarabağla bağlı Azərbaycanla müəyyən məsələlərdə fikir ayrılığı var. Buna görədir ki, o, Ermənistanın Avrasiya İttifaqına daxil olmasının Qarabağla əlaqədar olmadığını söyləyib. Görünür, Azərbaycan Moskvadan Qarabağda daha çox rayon tələb edib. Üstəlik, bunu bir tərəfdən kommersiya sövdələşməsi hesab etmək olar. Bakıda gözəl bilirlər ki, ruslar üçün kommersiya hər şeydən önəmlidir. Ona görə də bu kommersiya marağı ilə əlaqədar Azərbaycana silah satışı edilir. Sadəcə, ümid etmək lazımdır ki, Moskva Azərbaycana çox vacib vədlər verməyib. Lavrov bir neçə gün sonra İrəvana gələcək. Burada Azərbaycanla əldə etdiyi razılığı Sərkisyana diktə edəcək”.