Lazım olanda Rusiya hərbi bazasını Ermənistandan çıxaracağıq.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Armen Xaçatryan deyib.
Parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini bildirib ki, Ermənistan təhlükəsizlik sistemini çoxşaxəli edir: “Ermənistan günün tələblərinə cavab vermək üçün hər şeyi edəcək. İndi kimin bəyənib, kimin bəyənməməsinin fərqi yoxdur, biz öz yolumuzla gedəcəyik.
Təəssüf ki, bizdə olan təhlükəsizlik sistemini gördük, ancaq kağız üzərində yazılmış şərtlər var idi ki, onlar həyata keçirilmirdi”.
Rusiya sərhədçilərinin Ermənistanın təhlükəsizliyində ciddi rol oynaması məsələsinə toxunan Xaçatryan qeyd edib: “Bəli, hərbi baza mövcuddur, istənilən halda Ermənistanın yeni təhlükəsizlik sisteminin cizgiləri bizim gələcəyimizin necə olacağını aydın göstərəcək. Hazırda onlar fiziki olaraq sərhəddə dayanırlar, lakin Ermənistana konkret təhdidlər olanda heç bir müsbət rol oynamayıblar və bu gün də belədir.
Mən siyasətçiyəm və hərbi bazanı niyə çıxarmırıq və ya nə vaxt çıxaracağımızı deməyə ehtiyac yoxdur, lazım olanda çıxaracağıq”./unikal
www.yenicag.az