Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lənkəran sakini yaşadığı evdə ölümcül döyüldü

Lənkəran şəhər sakini evində tanışı tərəfindən döyülüb.

Yenicag.az xəbər verir ki, bu barədə polisə Lənkəran şəhəri, Vəssab küçəsi, ev 23-də yaşayan Şükürova Məhəbbət Höccət qızı məlumat verib. M.Şükürova yaşadığı evdə qardaşı İlqar Şükürovun Ruslan adlı şəxs tərəfindən döyüldüyünü bildirib.

Məlumat əsasında polisin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Səmədov Ruslan Vəliyyət oğlu Şükürov İlqar Höccət oğlunun yaşadığı evə gələrək onunla dava edib. Dava nəticəsində həmin şəxslər bir-birilərinə xəsarətlər yetiriblər.

Məhkəmə tibb ekspertizasının rəyi nəticəsində məlum olub ki, hadisə nəticəsində İ.Şükürovda həyat üçün təhlükəli olan, ağır xəsarətlər aşkarlanıb.

Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlayıb.

www.yenicag.az

7829
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100