Lənkəranda əmək yarmarkası

media-hightechnic-468x90

загруженное (46)Sentyabrın 26-da Lənkəran şəhərində ənənəvi əmək yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkaya rayonun 25 idarə, müəssisə və təşkilatlarından 271 boş (vakant) iş yeri çıxarılıb.

Vakant iş yerlərindən 12-si dövlət, 7-si qeyri-dövlət, 2-i xarici şirkət, 4-ü fiziki şəxs olmaqla, 118-i fəhlə, 136-sı qulluqçu, 17 yer xidmət sahələrinə aid olub.

Əmək yarmarkasına acant iş yeri çıxaran idarə, müəssisə və təşkilatlarda minimum əmək haqqı 113 manat, maksimum əmək haqqı isə 1334 manat olub.

Yarmarkada 105 nəfər (3 nəfəri kvota yerlərinə) işsiz və işaxtaran vətəndaşa müvafiq iş yerlərinə göndərişlər verilib, 30 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600