Lənkəranda yol qəzası baş verib

media-hightechnic-468x90

1407689769_44821Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə sentyabrın 24-də günorta saatlarında Lənkəran – Boradigah şosesinin rayonun Zövlə kəndindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Rafiq Ağamir oğlu Ağayevin idarə etdiyi “VAZ-21099” markalı, 10 GH 599 dövlət nömrə nişanlı minik avtomobili Lənkəranın Zövlə kənd sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağamir oğlu Kazımovun idarə etdiyi “VAZ-2106” markalı, 54 BF 161 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin onların iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

media-banner_tkm

İlkin versiya kimi qəzanın “VAZ-21099”-un sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05