Lənkəranın dağ kəndindəki yanğın Hirkan Milli Parkına keçdi

media-hightechnic-468x90

Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə də keçib.

Yenicag.az xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran yanğından mühafizə hissəsinə məxsus iki texnika və 15 nəfərlik şəxsi heyət hadisə yerinə cəlb olunub.

FHN-dən verilən məlumata görə, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın operativ şəkildə lokallaşdırılıb və genişlənməsinin qarşısı alınıb.

Hadisə nəticəsində kənd bələdiyyəsinə məxsus iki hektar torpaq sahəsi, eləcə də Hirkan Milli Parkının 200 kvadratmetr ərazisində quru ot və kol-kos yanıb.

Hazırda aidiyyəti qurumların nümayəndələri və Milli Park rəhbərliyi hadisə yerindədirlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa