Leyla Əliyeva və Arzu Əliyeva “Art in Motion” sərgisini ziyarət etdilər - FOTO

media-hightechnic-468x90

“Bentley Baku” “Art in Motion” simvolik ad altında Rəşad Mehdiyevin fərdi sərgisini təqdim edərək, yüksək incəsənət ilə dərin fəlsəfənin qovuşduğu məkana çevrilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva sərgini ziyarət ediblər.

Bu sərgi statik düşüncə anı ilə insanın daxili transformasiyasının davamlı axını arasındakı incə sərhədin tədqiqidir. Müəllifin diqqət mərkəzində metamorfozlar dünyası dayanır; burada qəhrəmanların düşüncələri və arzuları fiziki formaya çevrilərək insan mahiyyətinin davamı kimi çıxış edir və sərhəd tanımayan daxili aləmin zənginliyini simvolizə edir.

Ekspozisiyaya olan yüksək maraq Azərbaycan müasir mədəniyyəti fonunda Rəşad Mehdiyevin yaradıcılığının dəyərini aydın şəkildə ortaya qoyub.

“Art in Motion” təbii estetika ilə dərin simvolizmi birləşdirir. Burada hər bir əsər və hər bir forma fantaziyanın həyatın yeganə həqiqi meyarına çevrildiyi reallığa açılan portal kimi təqdim olunur. Müəllifin rəngkarlıq ustalığı ilə heykəltaraşlıq baxışının sintezi sərgini vahid canlı instalyasiyaya çevirərək müasir Azərbaycanda gözəlliyin və yaradıcı düşüncənin təntənəsini əks etdirir.

media-bentley_9 media-bentley_8 media-bentley_7-1 media-bentley_7 media-bentley_4-1 media-bentley_4 media-bentley_3 media-bentley_2

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05