!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leyla Əliyevandan bir qrup rusiyalı qadının məktubuna CAVAB

!Reklam – Yazi

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına 2018-ci ilin oktyabr ayında “Qadınlar sülhün tərəfdarıdır” təşəbbüsü çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmiş rusiyalı bir qrup qadının adından məktub daxil olub. Məktubda bildirilir ki, həmin səfər Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın dəvəti ilə təşkil edilib, həmçinin xahiş olunur ki, bu təşəbbüs dəstəklənsin və Azərbaycana səfərin təşkilinə kömək göstərilsin.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu rusiyalı qadınların məktubuna geniş şəkildə cavab bildirib.

Yenicag.az məktubun xülasəsini təqdim edir:

“Mövcud beynəlxalq praktikaya tamamilə uyğun olan Azərbaycan qanunvericiliyinə görə yaradılmış mexanizm bu barədə Azərbaycanın hakimiyyət orqanlarına və ölkəmizin diplomatik missiyalarına vaxtında xəbərdarlıq etməklə işğal olunmuş Qarabağa səfər etməyə imkan verir. Azərbaycanın işğal olunmuş torpaqlarına ölkəmizin hakimiyyət orqanlarının icazəsi olmadan səfər edilməsi isə artıq qanun pozuntusu, Azərbaycanın sərhədlərinə və suverenliyinə hörmətsizlik hesab edilir. İşğal olunmuş Qarabağa rəsmi Bakının razılığı olmadan səfər edən şəxslər arzuedilməz şəxslərin siyahısına daxil edilir. Bu siyahını həm də “persona non qrata”lar siyahısı adlandırırlar. Belə şəxslərin Azərbaycan ərazisinə gəlməsi yolverilməzdir.

Eyni zamanda, çoxsaylı presedentlər yaranıb: bu siyahıya daxil edilmiş şəxslər, o cümlədən Rusiya vətəndaşları Azərbaycanın hakimiyyət orqanlarına müraciət edərək bildiriblər ki, onlar işğal olunmuş torpaqlarımıza rəsmi Bakının icazəsi olmadan səfər etməklə səhvə yol veriblər. Onlar, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, onun sərhədlərinə və suverenliyinə hörmət bəslədiklərini təsdiq ediblər, bundan sonra onların adları arzuedilməz şəxslər siyahısından çıxarılıb və onlar Azərbaycana gəlməyə icazə alıblar.

Əminəm ki, əgər siz ölkəmizin Rusiya Federasiyasındakı diplomatik missiyası vasitəsilə Azərbaycanın hakimiyyət orqanlarına bu cür müraciət göndərsəniz, sizin də məsələniz müsbət həll ediləcək. Bu halda biz sizin Azərbaycana səfəriniz üçün hər cür şərait yaratmağa hazır olacağıq”.

Məktubun tam versiyası buradan tanış ola bilərsiniz.

COP29

www.yenicag.az

4951
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv