Leyla Yunus və İntiqam Əliyevin həbs müddəti uzadılıb

media-hightechnic-468x90

загруженное (5)Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və vəkil İntiqam Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

Vəkil Cavad Cavadovun  verdiyi məlumata görə, hər iki şəxslə bağlı ayrı-ayrılıqda məhkəmə prosesi keçirilib və təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Proses zamanı təqsirləndirilən şəxslərin vəkilləri onların ev dustaqlığına buraxılmaları barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Vəkil Cavad Cavadov proses zamanı İ. Əliyevin səhhətinin pisləşdiyini və xüsusi maşınla İstintaq təcridxanasına aparıldığını da bildirib.

Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci , İ. Əliyev isə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600