!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Leyladan SƏRT İRAD: “Kim necə yaşayır, özü bilər, bundan kimə nə?”

!Reklam – Yazi

“İnsanların plastik əməliyyat etdirmələrinə irad tutan, onları tənqid edənlər məncə öz həyatları ilə məşğul olsalar yaxşıdır…”

Bunu son vaxtlar plastik əməliyyatlarla görünüşünü dəyişən xanımları tənqid atəşinə tutan insanlarla bağlı fikirlərini bölüşərkən aparıcı Leyla Mustafayeva Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı şəxsi həyata qarışmağın əleyhinə olduğunu deyib:

“Kimə necə xoşdursa, kim özünə nəyi kompleks edirsə, plastik əməliyyat etdirə bilər. Qədərində olan əməliyyatlara normal baxıram. Bununla belə, insanların plastik əməliyyat etdirmələrinə irad tutan, onları tənqid edənlər məncə öz həyatları ilə məşğul olsalar yaxşıdır. O tənqidləri qətiyyən qəbul etmirəm və həmin insanlara da normal baxmıram. Onlara bunu məsləhət görərdim ki, başqalarının özəl həyatına müdaxilə etməsinlər. Kim nə edir, necə yaşayır, özü bilər. Hər kəs öz həyatını özü yaşayır və buna görə kiməsə hesabat verməyə borclu deyil”.

Aparıcı özünün də estetik əməliyyat etdirdiyini və buna normal baxdığını bildirib:

“Özümə gəlincə, mən də etmişəm və lazım olarsa, yenə də edərəm. Bunun məndən başqa heç kimə aidiyyatı yoxdur.

Telefonda, yaxud da kompüter arxasında oturub basqalarının həyatını müzakirə etmək etik normalara da sığışmır. Nə istəyirlər danışsınlar. O insanların fikirləri mənə də heç maraqlı deyil.
Bu bir həqiqətdir ki, uğur qazanan xoşbəxt insanlar başqalarının həyatına burun soxmur. Onlar öz həyatlarını gözəlləşdirməklə məşğuldurlar”.

Cəvahir

www.yenicag.az

1464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv