Ləzədə 20, Xınalıqda 18 santimetr qar yağdı – Faktiki hava

Azərbaycanda ötən gün müşahidə edilən faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 26-dan 27-si səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə yağan qar nəticəsində qar ortüyü əmələ gəlib. Yağan leysan yağışlarla əlaqədar çaylarda (Naxçıvançay, Zəyəmçay, Çaykənd, Qoşqarçay, Vəlvələçay-Təngialtı) sululuq artıb.

Ən çox yağıntı Naxcıvan MR-da – Ərəfsədə (Culfa) 70 mm (aylıq normanın 367%-i), Nülgütdə (Ordubad) 65 mm (aylıq normanın 238 %-i) qeydə alınıb. Ağdərədə 26 mm, Şahbuzda 12 mm, Şərurda isə 9 mm olub.

Böyük Qafqazda – İvanovkada (İsmayıllı) 75, Kişçayda (Şəki) 49 (aylıq normanın 55 %-i), Girdimançayda 43 , Qəbələdə 42 (aylıq normanın 33 %-i), Oğuzda 37, Şəki, İsmayıllıda 35 , Şahdağda, Sarıbaşda (Qax) 33, Zaqatalada 31 (aylıq normanın 31 %-i), Dəmiraparançayda 22, Ağsuda 21, Qusar və Şamaxıda 25, Qırızda 24, Xaltanda 19, Qubada 17, Balakəndə 16, Altıağacda 14, Xaçmaz, Şabran və Mərəzədə 3-7 mm yağıntı qeydə alınıb.

Lənkəran-Astara zonasında – Lənkəranda 37, Astarada 29, Lerikdə 14, Yardımlıda 11, Biləsuvar və Neftçalada 6 mm yağıntı olub.

Kiçik Qafqazda – Göygöldə 27 (aylıq normanın 35 %-i), Daşkəsəndə 23 (aylıq normanın 43%-i), Gədəbəydə 13 mm (aylıq normanın 56 %-i) yaöıntı düşüb.

Qazax-Gəncə zonasında – Naftalanda 15, Gəncədə 12, Ağdam , Ağstafa , Şəmkir, Tovuz və Ceyrançöldə 2-8, Dəstəfurçayda-Qaraqollar (Daşkəsən) 28, Çaykənddə 27, Şməkirçay-Qalakənddə (Gədəbəy) 20, Dağ-Kəsəməndə (Qazax) 12, Qoşqarçay-Sərkar (Göygöl) 8 mm yağıntı olub.

Mərkəzi-Aran rayonlarında – Tərtərdə 27 , Kürdəmirdə 20 , Mingəçevirdə 19, Yevlaxda 18 Bərdədə 15, İmişlidə 12, Sabirabadda 8, Zərdab, Cəfərxanda 7, Salyan, Qazıməmməddə 2 mm yağıntı qeydə alınıb.

Sumqayıtda 7 (aylıq normanın 26 %-i), Pirallahıda 5 (aylıq normanın 23%-i), Binədə 3, Zabrat və Maştağada 2, Bakıda 1 mm yağıntı düşüb.

Qar örtüyünün hündürlüyü Ləzədə 20 , Xınalıqda 18, Qudyalçay-Xınalıq məntəqəsində 17, Şahdağda 16, Qırızda 15, Sarıbaşda (Qax) 10, Nülgütdə 5 sm təşkil edib.

Qərb küləyi Neftçalada 32, Naftalan, Daşkəsən, Xınalıq, Tərtərdə 28 , Bərdədə 25, Qazıməmməd, Gəncədə 24, Salyan, Şəmkirdə 21, Biləsuvarda 20, Kəlvəzdə 19, Tovuzda 18, Ağdam, Göygöl, Ağstafada 16, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir 25-27 m/s-dək güclənib.

Dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16°, minimal temperatur isə Bakıda 8,8-9°isti, Xınalıqda -2,8°, Şaxdağ – 6° , Daşkəsəndə -0,1°, Qırızda- 3,1°şaxta qeydə alınıb.

COP29