!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Liviya sahillərində içində 97 miqrantın olduğu gəmi batıb

!Reklam – Yazi

Liviya sahillərində içində 97 miqrantın olduğu gəmi batıb.

“Report”un məlumatına görə, bu barədə “BBC” Liviyanın Sahil Mühafizəsinin nümayəndəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, miqrantların arasında qadın və uşaqlar da olub. Hələlik onlardan 23-ü xilas etmək mümkün olub. Xilas edilənlər yaxınlıqdakı əşyalardan yapışaraq suyun üzündə qalmağı bacarıblar.

Liviya Sahil Mühafizəsi nümayəndəsinin sözlərinə görə, xilasetmə əməliyyatı davam edir. Lakin miqrantların sağ qalması ehtimalı azdır.

Sağ qalanlar bildiriblər ki, onların gəmisi paytaxt Tripolidən azı 10 kilometr məsafədə batıb. İtkin düşənlər arasında 15 qadın və uşaq da var.

Miqrasiya üzrə beynəlxalq təşkilatın məlumatına görə, təkcə bu il Liviya sahillərində azı 590 qaçqın həlak olub və ya itkin düşüb.

Yeniçağ.Az

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv