Әliyev Davudoğlu ilə görüşdü – Fotolar
Yenicag.az saytının baş redaktoru Aqil Ələsgərin verdiyi məlumata görə, Azərbaycan Prezidenti Ilham Әliyev Türkiyə baş naziri Ahmed Davudoğlunu qəbul etdi.
Prezident iqamətgahında yarım saat ikilikdə görüşən tərəflər daha sonra birlikdə mətbuata açıqlama verdilər.
Görüş sonrası keçirilən mətbuat konfransında çıxış edən Baş nazir Davudoğlu, “Yaxın Şərqdə, Balkanlarda, Qafqazda, bütün Avrasiyada, Türkiyə və Azərbaycan iki müvəffəqiyyət hekayəsidir. Çiyin-çiyinə gedən iki qardaşın müvəffəqiyyət hekayəsidir “dedi.
Davudoğlu, Qarabağ münaqişəsi mövzusunda, Azərbaycan torpaqlarının hər bir qarışı azad olana qədər Türkiyə, Azərbaycanın apardığı mübarizədə yanında olacaq. Beynəlxalq hüquq bunu belə söyləyir. Baş Nazir həmçinin onuda qeyd etdi ki, Azərbaycana yönələcək hər bir mənfi rəftar, burada olduğu qədər, Türkiyədə də eyni reaksiyanı görür.
Geniş açıqlamalar bir azdan…