!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“London taksiləri”ndə gedişhaqqı bahalaşdı

!Reklam – Yazi

719872_465825Paytaxta yeni gətirilən 500 yeni taksi əvvəlkilərdən komfortuna görə fərqlənir. Əgər əvvəllər “London taksisi”nə mindikdə 1 manat sayğaca vurulurdusa, indi bu məbləğ 3 manatdır. Sərnişin 3 manat ödəməklə “London taksisi”lə 3 kilometrədək gedə bilər. Bu məsafəni qət etdikdən sonra isə sərnişin ödənişi adi qaydada, 10 kilometr üçün 70, sonrakı 10 km üçün 40 qəpik ödəməli olacaq.

Bu həm sərnişinlərə daha rahat və komfortlu xidmət göstərilməsi, həm də “London taksiləri”nə çəkilən xərci ödəmək üçün əlverişlidir. Həmin taksilər Bakı-Taksi-Xidmətinə aiddir.

“Əgər əvvəllər taksi saxlayıb, 2 manat verib, onu məşğul edirdilərsə, indi 3 manat verməli olacaqlar. Sərnişinlər də, əvvəlki taksilərlə 3 kilometri 3 manat 10 qəpiyə gedirdilərsə, indi bu məsafəni 3 manata qət edəcəklər. Bu layihə özünü doğruldarsa, o zaman həmin avtomobillərdən yenə də gətiriləcək”, – deyə bildirilib(baku.ws).

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv