Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib - VİDEO

media-hightechnic-468x90

Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının və “Immortal Champions” idman klubunun təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr edilən döyüş turniri keçirilib.

Yenicag.az  xəbər verir ki, turnirdə müxtəlif ölkələrdən peşəkar döyüşçülər iştirak ediblər. Turnirin əsas diqqət mərkəzində olan döyüşlərdən biri azərbaycanlı idmançı Hüseyn Mustafazadə ilə niderlandlı rəqibi Coi Klijenburq arasında baş tutub. Hüseyn Mustafazadə turnirdə yüksək əzmkarlıq göstərək rəqibinə qalib gəlib və “Immortal Champions”un Avropa çempionu titulunu qazanıb.

O, bu zəfəri Vətən müharibəsində əldə olunan tarixi qələbəyə həsr etdiyini deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600