"Loto qadın": 3 ildə 3 dəfə qazandı
ABŞ-nin Merliənd ştatında yaşayan qadın 3 ildə 3-cü dəfə lotereyada uduş qazanıb.
Yenicag.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə “Maryland Lottery” məlumat yayıb.
Adı açıqlanmayan 61 yaşlı qadın son 3 ildə 3-cü dəfə 50 min dollarlıq uduş qazanıb.
“Loto qadın”, “İnsanlar hər gün oynayırlar, lakin qazanmırlar. Mənimsə 3 dəfə qazanmağım heyranedicidir”, – deyə sevincini ifadə edib.