!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lotu Quli" hələ də həbsdədir - Rusiyaya verilir?

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində saxlanılan azərbaycanlı “qanuni oğru”, kiriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov hələ də həbsdədir.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, bir neçə gün öncə Səlifovun sərbəst buraxılmasına dair xəbərlər yayılsa da, bu, həqiqəti əks etdirmir.

Rusiya hüquq-mühafizə orqanlarının şikayəti əsasında saxlanılan “qanuni oğru”nun müqəddaratı hələ də sual altındadır. Onun Türkiyə tərəfindən şimal qonşumuza təhvil veriləcəyi də istisna deyil. Bəziləri onun Azərbaycana ekstradasiyasını mümkün saysalar da, hələki bu da baş vermir. Görünən odur ki, türk tərəfi qəti qərar verməyə tərəddüt edir.

Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur.

COP29

www.yenicag.az

15348
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv