!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko Belarusa yeni nazirlər təyin etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə yeni nazirlər təyin edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Lukaşenko prezident seçkiləri öncəsi hökumətin tərkibini dəyişib.

Belə ki, ölkədə baş nazir vəzifəsinə Roman Qolovçenkonu təyin edilib. O, bundan əvvəl Belarus Dövlət Hərbi Sənaye Kompleksinin rəhbəri işləyib.

Daha əvvəl Maliyyə nazirinin birinci müavini olan Yuri Seliverstov Maliyyə naziri vəzifəsinə, İqor Lutski İnformasiya naziri, Pyotr Parxomçik Sənaye naziri, Ruslan Parxamoviç Memarlıq və İnşaat naziri təyin edilib.

Qeyd edək ki, A.Lukaşenko iyunun 3-də hökuməti istefaya göndərib.

Xatırladaq ki, avqustun 9-da Belarusda növbəti prezident seçkisi keçiriləcək.

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv