Lukaşenkodan Bayden-Tixanovskaya görüşünə REAKSİYA: “Ağılsız, nümayişkar demarş...”

media-hightechnic-468x90

Belarus prezidenti Aleksandr Lukaşenko prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın ABŞ lideri Co Baydenlə görüşünə münasibət bildirib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Lukaşenko ABŞ prezidentinin Tixanovskayanı qəbul etməsini Belarusa qarşı aparılan kampaniyanın tərkib hissəsi adlandırıb:

“Biz bütün sərhəd boyunca ağılsız, nümayişkar demarşların şahidi oluruq”.

Belarus prezidenti Qərbi “qaçqın Belarus müxalifətçilərini” dəstəkləməkdə suçlayıb. Onun sözlərinə görə, bu dəstək müdafiə axtarışında olan müxalifətçilərin “sonsuz qastrolları” ilə müşayiət olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600