Lukaşenkodan Belarus gəncliyinə ÇAĞIRIŞ: “Xaricdən geri dönməyin”

media-hightechnic-468x90

Belarus prezidenti xaricə üz tutmuş gəncləri geri qayıtmamağa çağırıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu barədə ölkənin Pedaqoji Şurasındakı çıxışı zamanı danışıb.

Lukaşenko həmin gəncləri “öz kökündən qopmaqda” suçlayıb:

“Gənclərin bir hissəsi burada təhsil aldıqdan sonra xaricə getməyə can atır. Hamı belə etməsə də, bu tendensiya narahatlıq doğurur. Çünki xaricə gedənlər öz köklərindən qopurlar”.

Lukaşenko əlavə edib ki, pandemiya şəraitini nəzərə alaraq, Polşa və Litvada təhsil alan gənclərin ölkəyə girişinə mane olmayıblar. Onlar isə daha sonra “öz dövlətlərinin dağıdılmasına cəhd göstəriblər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600