!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenkodan Paşinyana QULAQBURMASI – “Mən sənə xəbərdarlıq etmişdim”

!Reklam – Yazi

“Belarus prezidenti Aleksandr Lukaşenko postsovet məkanındakı siyasi kombinasiya və qarşılıqlı əlaqələr haqqında kifayət qədər məlumatlı siyasətçi kimi tanınır. O, həmçinin Rusiya-Ermənistan və Ermənistan-Avropa İttifaqı üçbucağında baş verən proseslərə dair dərin bilgilərə sahibdir. Lukaşenko Rusiyanın davranışlarını dəqiq proqnozlaşdıra bilən nadir siyasətçilərdən biridir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkil Lukaşenkonun Ermənistanı Baş naziri Nikol Paşinyanın ölkəsini məhv edəcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

H. Babaoğluna görə, Lukaşenko hesab edir ki, Ermənistan-Avropa İttifaqı münasibətləri İrəvan üçün ciddi nəticələrə səbəb ola bilər:

“Bu əlaqələr nəticəsində baş verə biləcək hadisələrin inkişafı Lukaşenkonun Nikol Paşinyana “Mən sənə xəbərdarlıq etmişdim” deyə biləcəyi mərhələyə qədər irəliləyə də bilər. Onun fikirlərində müəyyən həqiqət var. Lukaşenkonun iddialarından biri Avropa İttifaqına üzv bəzi ölkələrin regionda sabitliyi pozmağa çalışması ilə bağlıdır. Onların məqsədi yeni müharibə alovlandırmaqdır ki, bu da Rusiyanın, Azərbaycanın və qardaş Türkiyənin maraqlarına ziddir. Əksinə, belə bir ssenari yalnız İran və Ermənistanın maraqlarına uyğun gəlir”.

Deputatın fikrincə, Lukaşenko vurğulayır ki, Ermənistanın davranışları regionda yeni müharibənin başlanmasına gətirib çıxara bilər və bundan ən çox zərər çəkən tərəf Ermənistanın özü olacaq:

“O, həmçinin qeyd edir ki, Avropa İttifaqının monitorinq missiyalarını genişləndirmək və regionda əlavə silahlandırılmış qüvvələr yerləşdirmək cəhdləri yolverilməzdir. Kənar qüvvələrin regionda müharibə alovlandırmaq cəhdlərinə qarşı tədbir görülməlidir. Lukaşenko Ermənistan rəhbərliyini bu məsələlər haqqında ciddi düşünməyə çağırır. Regionun balaca bir ərazi olmasına baxmayaraq, burada sabitliyi pozmaq istəyən güclərin fəaliyyəti vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Ermənistan bu təhlükəni nəzərə almalı və düzgün qərarlar qəbul etməlidir”.

Rafi Müslümov

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv