Macarıstan da Türk PA-ya qoşuldu
Macarıstan Türk PA-da müşahidəçi statusu alıb.
Türk PA-nın Bakıda keçirilən V plenar iclasında Macarıstana qurumda müşahidəçi statusunun verilməsi müzakirəyə çıxarılıb.
İclasa sədrlik edən Milli Məclisin və Türk PA-nın hazırkı sədri Oqtay Əsədov bu təklifin Macarıstanın rəsmi xahişi ilə gündəliyə salındığını deyib. Bildirib ki, bu məsələ uzun müddətdir üzv ölkələr arasında müzakirə olunur.
Təklif səsə qoyulub və qəbul edilib. Macarıstan parlamentinin sədr müavini Sandor Lezsak üzv ölkələrə təşəkkürünü bildirib və Macarıstanın bu etimadı doğruldacağına söz verib.