Mağazalar cərimələndi
Bakının bir neçə rayonunda mağazalarda yararsız ərzaq məhsulları aşkarlanıb.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi açıqlama yayıb.
Belə ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqləri9 zamanı Bakının Sabunçu, Binəqədi, Qaradağ, Abşeron rayonlarında, eləcə də Sumqayıt, Naftalan, Neftçala, Qobustan, Şəki, Masallı, Lənkəran, Tərtər, Füzulidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.