Makron Şərqi Aralıq dənizində təhlükəsizliyi müzakirə etmək üçün Kiprə yollanır

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makron bu gün Kiprə yollanır, orada Yaxın Şərqdəki münaqişə ilə əlaqədar pilotsuz uçuş aparatları və raket hücumlarından sonra ada ətrafında və Aralıq dənizinin şərq hissəsində təhlükəsizlik tədbirlərini müzakirə edəcək.

media-banner_tkm

Yenicag.az Report-a istinadən xəbər verir ki, Fransa daha əvvəl Kipr sahillərinə “Languedoc” freqatının, hava hücumundan müdafiə vasitələrinin və “Şarl de Qoll” aviadaşıyıcısının göndəriləcəyini elan edib.

“Bu səfər Fransanın Avropa İttifaqına (Aİ) üzv dövlət, strateji tərəfdaşlığımız olan Kiprlə həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır”, – məlumatda qeyd olunub.

Kiprə səfər eyni zamanda Makrona Qırmızı dənizdə və Hörmüz boğazında gəmiçilik azadlığının və dəniz təhlükəsizliyinin təmin edilməsinin, xüsusən də Aİ-nin “Aspides” dəniz əməliyyatı vasitəsilə vacibliyini vurğulamağa imkan verəcək.

Aİ daha əvvəl bildirmişdi ki, “Aspides” Fransa tərəfindən təqdim edilən iki hərbi gəmi ilə gücləndiriləcək. Beləliklə, Fransa, İtaliya və Yunanıstan gəmiləri də daxil olmaqla missiya iştirakçılarının ümumi sayı beşə çatacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05