Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Malidə BMT sülhməramlılarının bazasına hücum olub

Bu gün Malidə silahlılar BMT sülhməramlılarının bazasına hücum edib.

Bu barədə BMT-nin Malidə sülhyaratma əməliyyatının (MINUSMA) “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

BMT sülhməramlılarının Timbuktu şəhərindəki bazasına hücum bomba yüklü avtomobilin partladılması və minaatanlarla atəşdən sonra başlayıb. Silahlılarla sülhməramlılar arasında atışma olub. Nəticədə bir sülhməramlı ölüb, 10 sülhməramlı yaralanıb. Hazırda vəziyyət nəzarət altındadır. (APA)

www.yenicag.az

797
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS