“Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır və biz bu münasibətlərin inkişafında maraqlıyıq”.
Yeniçağ.Az xəbər verir ki, bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili söyləyib.
Nazir bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan regionda bir sıra irimiqyaslı iqtisadi layihələr həyata keçirir. Bir neçə layihə üzərində isə iş aparılır. Bu layihələr Gürcüstan və Azərbaycanın, eləcə də regionun və bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq.
“Biz çalışırıq ki, bu layihələrə daha çox ölkələr cəlb edək və bu, bizə daha böyük uğurlar qazanmağa imkan yaradacaq”, – deyə Gürcüstan hökumət rəsmisi əlavə edib.
Yeniçağ.Az
www.yenicag.az