!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Manata qarşı təzyiqlər və İNFLYASİYANIN TEMPİ: “Banklara xarici valyuta satışı...” – Millət vəkili

!Reklam – Yazi

“Gələn il ölkədə orta inflyasiya göstəricisinin daha aşağı həddə olacağı gözlənilir”.

Bu fikirləri 2024-2027-ci illərdə manatın ABŞ dollarına nisbətdə məzənnə səviyyəsinin müəyyənləşdirilməsi haqda qərara münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Mərkəzi Bank valyuta bazarına nəzarət edir və bankların təlabatını ödəyəcək qədər xarici valyutanı satışa çıxarır:

“Qonşu dövlətlərdə milli valyutaların dəyərinin itirməsi manata yönəlik təzyiqlərin artmasına zəmin yaradır. Amma bununla belə, manat xarici valyutalara nisbətdə öz məzənnəsini uzun müddətdir ki, qoruyub saxlayır. Manatın məzənnəsinin sabit saxlanmasının arxasında isə güclü iqtisadiyyatımız dayanır.

Əsas ixrac məhsulumuz olan neftin qiymətinin yüksək həddə qalması da manatın gücünü artır. Ondan əlavə, qeyri-neft sektoru da inkişaf edir və ümumi ixracatda bu sektorun payı artmaqdadır. Bu isə ölkənin valyuta gəlirlərinin artmasına yol açır.

Digər tərəfdən, ölkəmizdə inflyasiyanın tempi aşağıya doğrudur. Gələn il ölkədə orta inflaysiya göstəricisinin daha aşağı həddə olacağı gözlənilir. Həm də Mərkəzi Bank valyuta bazarına nəzarət edir və bankların tələbatını ödəyəcək qədər xarici valyutanı satışa çıxarır.

Ölkənin valyuta bazarında təklif tələbi üstələyir. Bütün bunları nəzərə alaraq, manatın dəyərdən düşməsi ilə bağlı heç bir təhlükənin olmadığını düşünürəm.

Yusif Səmədzadə

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv