!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirildi

!Reklam – Yazi

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Şərqiyyə Mərdanova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndirilən şəxsə məxsus lombarda qızıllarını girov qoyub:

“2019-cu il noyabrın 1-də Lökbatandakı lombarda gedib qızıllarımı qoyub 200 manatı götürmüşəm. Sonra pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Lombardın qarşısında mənim kimi bir neçə zərərçəkmiş də var idi. Şikayətimdən təxminən 1 ay keçəndən sonra Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı şikayətim yoxdur”.

Digər zərərçəkmiş Ülviyyə Hümbətovanın sözlərinə görə, Lökbatan qəsəbəsində yerləşən lombarda özünə məxsus qızılı Mədinə İsrafilovaya verərək pul götürüb və ödəniş edəndən sonra elə o şəxsdən də geri alıb: “Maqsudu tanımıram və onu lombardda görməmişəm. Mənə söylədilər ki, lombard bağlanıb, hamı kimi biz də polisə şikayət etdik”.

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

COP29

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv