!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mariya Stadnikin Olimpiya medalı oğurlandı - FOTO

!Reklam – Yazi

Azərbaycan güləşçisi Mariya Stadnik medalının Ukraynada oğurlanmasından danışıb.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Mariya Stadnik paylaşımında bildirib.

“2008-ci ildə Pekində qazandığım bürünc medalı məndən oğurladılar. Ümid edirəm ki, mənim medalımı kim oğurlayıbsa, bunu fəxrlə göstərirlər və danışırlar ki, onlara bu, necə çətin başa gəlib. Mən isə Allaha şükür edirəm ki, mənə daha bir Olimpiya mükafatı qazanmaq üçün güc verdi”.

Qeyd edək ki, Mariya Stadnik 2008-ci ildə Pekin Olimpiadasında bürünc, 2012-ci ildə Londonda gümüş, 2016-cı ildə Rio de Janeyroda gümüş və bu il Tokiodakı analoji turnirdə bürünc medal qazanıb. O dörd fərqli Olimpiya Oyunlarında medal qazanmaqla Azərbaycan idmanı tarixinə düşüb.

Onun Pekində qazandığı Olimpiya medalı 2012-ci ildə oğurlanıb. Həmin vaxt Lvov şəhərindəki mənzildən onun və keçmiş əri Andrey Stadnikin Olimpiada medalları, pul və zinət əşyaları qarət olunub.

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv