Marşrut xətləri müsabiqəyə çıxarıldı: Şərtlər açıqlandı

media-hightechnic-468x90

11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şərtlərlə Agentliyinin internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər 14 yanvar 2020-ci il saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600