AYNA: 7 müntəzəm MARŞRUTUN HƏRƏKƏT İSTİQAMƏTİ müvəqqəti dəyişdirilib

media-hightechnic-468x90

Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

media-banner_tuq

Yenicag.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti, 61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05