Martda eks-prezidentlə bağlı qərar veriləcək

media-hightechnic-468x90

56914Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiç bu gün Belçika paytaxtında mətbuat konfransı keçirib. O, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ailəsinə qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların uzadılması məsələsinə bu ilin martında aydınlıq gələcəyini bildirib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, o deyib ki, Yanukoviç ailəsinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi barədə qərar təqribən bir il bundan əvvəl, mart ayında verilib. Hazırda bu siyahı müzakirə olunur və martın əvvəllərində başa çatdırılacaq.

M.Kosyançiç V.Yanukoviçin ailəsi barəsində sanksiyaların müddətinin uzadılıb-uzadılmaması barədə dəqiq məlumata malik olmadığını söyləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600