Martın 18-dən səfərbərlik elan olunur
Ukraynada səfərbərlik 18 martda start götürəcək.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları departamentinin rəhbəri Sergey Qaluşko bildirib. Səfərbərlıik üç dalğada təşkil olunacaq. 2015-ci ildə baş tutacaq səfərbərlikdən sonra Ukrayna Ordusunun şəxsi heyəti 250 min nəfərə çatdırılacaq. Səfərbərliyə ümumilikdə 104 min nəfər cəlb ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Belarusun paytaxtı Minskdə Almaniya, Fransa Ukrayna və Rusiya dövlət başçılarının görüşündə Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılması atəşkəsin təmin edilməsi haqda razılıq əldə olunmuşdu. Atəşkəs nəzərdə tutulduğu vaxt başlasa da Ukraynada qızğın döyüşlər gedir. Separatçılar Ukrayna ordusunun nəzarətində olan Deboltsevo şəhərinə giriblər. Şəhərdə şiddətli küçə döyüşü gedir.