Masallıda dəhşətli yanğın-Fotolar

media-hightechnic-468x90

c10b96a5b0d626bc4097fb4144ed60e9Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə yanvarın 5-dən 6-na keçən gecə rayonun Qızılavar kənd sakini, 1981-ci il təvəllüdlü Nicat Fariz oğlu Qasımova məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsindən ötrü hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın qısa müddətdə lokallaşdırılmaqla onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 110 kvadratmetr olan evin 2 otağı içindəki əşyalarla birlikdə 60 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının dəqiq başvermə səbəbləri hələlik bilinmir. Ev sahibi yaşadığı mənzildə gəlininə məxsus cehizlərin olduğunu, yanğının isə qəsdən törədildiyini iddia edib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600