!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda evdə yanğın

!Reklam – Yazi

Masallıda evdə yanğın olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Masallı rayonu, Birinci Səmədxanlı kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin iki otağı və mətbəxi 70 m² sahədə, mansardın yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

www.yenicag.az

134
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv